"Yardım təklifləri Azərbaycanın humanist siyasətinə verilən cavabdır" — Politoloq

GÜNDƏM 06 yanvar 2025, 14:57
"Sözsüz ki, Azərbaycanın xarici siyasəti uğurlu nəticələr verir. Uğurun göstəricilərini sadalasaq, böyük siyahı alına bilər. Bunun nəticələrini biz ərazilərimizi işğaldan azad edərək görmüşük. Azərbaycana qarşı qarayaxmaların uğurla blok edilməsi xarici siyasətimizin uğurunun göstəricisidir".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib. 

"Təyyarə qəzasından sonra ölkələrin Azərbaycana yardım təklif etməsi gözlənilən idi. Ən azından Azərbaycan heç zaman başqa ölkələrin ağrı-acısına laqeyd qalmayıb. Azərbaycana dost və ya neytral ölkələrə belə humanitar yardım əli hər zaman uzadılıb. Azərbaycan təyyarə qəzasında humanitar fəlakətdən daha böyük fəlakətlə üzləşib. Azərbaycana qarşı cinayət törədilib. Ölkəmizin belə cinayətə, təcavüzə uğradığı zamanda başqa ölkələrdən yardım təkliflərinin gəlməsi normaldır. Bu Azərbaycanın yürütdüyü layiqli siysətin davamıdır. Azərbaycanın təklifləri qəbul edib etməməsi başqa mövzudur. Əsas odur ki, Azərbaycan belə situasiyalarda hər zaman nümunəvi davranan ölkə olub. Buna görə də yardım təklifləri Azərbaycanın humanist siyasətinə verilən cavabdır".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top