"Qalatasaray" klubunun 31 yaşlı argentinalı ulduz futbolçusu Mauro İkardi mart ayından etibarən yenidən yaşıl meydanlara qayıdacaq.
Demokrat.az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, Mauro İkardi klub rəsmiləri ilə görüşərək yaşıl meydanlara may ayında yox, martda qayıtmaq istədiyini bildirib.
"Qalatasaray"ın prezidenti Dursun Özbek İkardinin xahişindən sonra klubun həkimləri ilə görüşərək vəziyyəti ilə bağlı məlumat alıb. Bundan sonra onun xahişi müsbət cavablandırılıb.
Qeyd edək ki, "Qalatasaray" rəsmiləri mövsüm sonunda müqaviləsi başa çatacaq Mauro İkardi üçün yeni təklif hazırlayırlar.