"Mançester Yunayted"in futbolçuları komandanın soyunub-geyinmə otağından gizli məlumat sızdıran "köstəbək" axtarırlar.
Demokrat.az Fanat.Az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Mənbənin məlumatına görə, "Mançester Yunayted"in oyunçuları komandanın içində belə birinin olmasından şübhələnirlər. Artıq bir neçə dəfə heyətlə bağlı qərarlar rəsmən elan olunmamışdan əvvəl mətbuata sızdırılıb. Oxşar hallar “qırmızı şeytanlar”ın keçmiş baş məşqçisi Erik ten Haqın dövründə baş verib və Ruben Amorimin rəhbərliyi altında da davam edir.
Vurğulanıb ki, “Mançester Yunayted”in ən nüfuzlu oyunçuları “super detektivlər"ə çevriliblər və mediaya məlumat sızdıran şəxsi tapmağa çalışırlar.
Qeyd edək ki, ilk dövrədə cəmi 22 xal toplayan "Mançester Yunayted" 14-cü pillədə qərarlaşıb.