Bu gündən Azərbaycanda minimum aylıq əməkhaqqı artıb.
Bu Prezident İlham Əliyevin təsdiqlədiyi "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncamında əksini tapıb.
Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib. Bundan əvvəl ölkədə minimum əməkhaqqı 345 manat olub