Cəlilabadda azyaşlı pirotexniki vasitənin partlaması nəticəsində ağır xəsarət alıb

HADİSƏ 31 dekabr 2024, 21:46
Cəlilabad rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

"Report"un Muğan bürosunun məlumatına görə, rayon sakini, 7 yaşlı Ş.A. pirotexniki vasitənin partlaması nəticəsində müxtəlif yanıq xəsarətləri alıb.

Azyaşlı rayon xəstəxanasına yerləşdirilib. Ona üzün və tənəffüs yollarının 2 və 3-cü dərəcəli yanığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 yanvar 2025, 20:55
Top