Sosial şəbəkələrdə məktəblərdən birinin sinif otağında şagirdlərin yemək yeməsi ilə bağlı video paylaşılıb. Video istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb. Onlar məktəbi şadlıq sarayı adlandırıblar. Təhsil məsələləri üzrə ekspert Elşən Qafarov məsələyə fikir bildirib:
O, Demokrat.az-a açıqlamasında deyib ki, sinif otağında kütləvi şəkildə yemək yeyilməsi sanitar-gigiyenik qaydaların pozuntusudur:
"Bu cür tədbirlər məktəbin yeməkxanasında təşkil olunmalıdır. Sinif otağı yeməkxana deyil. Siniflərdə bayram şənliklərinin təmtəraqlı keçirilməsi yolverilməzdir.
Əvvəla biz təyyarə qəzasından sonra vətəndaş olaraq bayramdan danışmamalıyıq. Həmrəylik günü ilə bağlı məktəb səviyyəsində hansısa tədbir keçirmək olar. Bir sinifdə uşaqların hamısının sosial vəziyyəti də eyni olmur. Məktəb direktorları buna nəzarət etməlidir. Təhsil idarələri təlimat verməlidir. Təhsil idarəetmə orqanları təlimat göndərməzdən öncə hər bir direktor, müəllim, işçilər şüurlu şəkildə başa düşməlidir ki, sinif otağı yeməkxana deyil".
O bildirib ki, tədbir təmtəraqlı olmamalı, özünü başqa birinə göstərmək xarakteri almamalıdır:
"Bunları nizamlayan və başlı-başına buraxan məktəblər var. Hətta eyni məktəbin siniflərində də fərqli proseslər gedir. Bütün bunlar ümumtəhsil məktəblərində olan nizamsızlıqdan irəli gəlir. Hansı direktor bacarıqlıdırsa, məktəbi də qaydalara uyğun idarə olunur. Təəssüf ki, nizamsızlıq olan məktəblərin də sayı çoxdur. Bütün bunlar sinifdə tədbir təşkil edən müəllimin pedoqoji etikası olmadığını göstərir".
Əfsanə Kamal
Demokrat.az