Məzahir Pənahov növbəti dəfə MSK sədri olmayacaq? — AÇIQLAMA

DAXİLİ SİYASƏT 29 dekabr 2024, 13:36
“Hazırda Azərbaycanda bələdiyyə seçkiləri gedir. Seçkilərinə Mərkəzi Seçki Komissiyası (MSK) nəzarət edir. Bələdiyyə seçkiləri başa çatsın, VII çağırış Milli Məclis tətildən qayıtsın, bundan sonra MSK-nın yenidən formalaşması barədə fikir söyləmək olar”. 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. 

S.Novruzov Yeni Azərbaycan Partiyasının (YAP) növbəti dəfə Məzahir Pənahovu MSK üzvlüyünə namizədliyini irəli sürməyəcəyi barədə iddialara isə belə cavab verib: “Bu suala YAP rəhbərliyi cavab verə bilər. Mən o sözü deyə bilmərəm”. 

Qeyd: 1951-ci il təvəllüdlü Məzahir Pənahov 24 ildir, MSK-ya sədrlik edir. Azərbaycan hökuməti M.Pənahovun əməyini yüksək qiymətləndirib, o, 2011-ci ildə “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 yanvar 2025, 09:45
01 yanvar 2025, 00:01
Top