"Bir həftə idi ki, məzuniyyətdən qayıtmışdı"
Demokrat.az xəbər verir ki, Aktau yaxınlığında qəzaya düşən "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin kapitanı Aleksandr Kalyaninovun anası oğlunun ölümü barədə AZƏRTAC-a danışıb.
Pilotun anası bildirib ki, Aleksandr məzuniyyətdən qayıtdıqdan sonra cəmi bir həftə idi ki, işə başlamışdı:
"Bir gün öncə mənə yazdı və dedi ki, onu reysə təyin ediblər. Həmişə olduğu kimi "WhatsApp" vasitəsilə uçuş və qayıdış vaxtını bildirdi. O, reyslərə təyin olunanda və ya qayıdanda həmişə mənə məlumat verirdi. "Narahat olma" deyirdi".
Pilotun anası oğlunun çox gərgin iş qrafikində çalışdığını və bu yaxınlarda ilk məzuniyyətini keçirdiyini vurğulayıb:
"O, cəmi bir il idi ki, işləyirdi və bu, onun ilk məzuniyyəti idi. Mənə zəng edib dedi ki, məzuniyyəti Avropada keçirmək istəyir. Fransanı seçmişdi. Dedim ki, əlbəttə, Saşa, sən bunu qazanmısan. Onun iş qrafiki çox sıx idi, amma işini sevirdi. Məzuniyyətdən qayıdandan cəmi bir həftə sonra bu faciə baş verdi".
Aleksandr Kalyaninov 2013-cü ildən pilot peşəsi üzrə təhsil alıb və bir il əvvəl uçuşlara başlayıb. Hər uçuşda fərqli kapitanlarla işləyirdi. Anası bildirib ki, Aleksandr işinə böyük sevgi ilə yanaşırdı, lakin onun haqqında danışmağı xoşlamırdı.
"Bu qədər gənc yaşda, belə böyük bir həvəslə işini yerinə yetirən oğlumdan ayrılmaq çox ağırdır" , - deyə pilotun anası sözlərinə əlavə edib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.