Ərə verilən azyaşlının ailəsi Lalə Azərtaşa balta ilə hücum etdi — VİDEO

KRİMİNAL 27 dekabr 2024, 20:40
Kürdəmirin Sığırlı kəndində 15 yaşlı qızı qaçırıblar.

Bu barədə “Təsir Dairəsi” sosial - ictimai verilişinə məlumat daxil olub.

Məlum olub ki, qaçırılan qız üçün 2025-ci il yanvarın 4-ü tarixində toy mərasiminin keçirilməsi pılanlaşdırılır.

Hadisənin aydınlaşdırılması məqsədilə verilişin aparıcısı Lalə Azərtaş çəkiliş heyətilə birgə qaçırılan qızın ailəsinə baş çəkib. Lakin yetkinlik yaşına çatmayan qızın ailəsi aparıcıya balta ilə hücum çəkib, əməkdaşlardan birinə fiziki şiddət göstəriblər, eyni zamanda telekanala məxsus kamera sındırılıb.

Qeyd edək ki, məsələdən xəbərdar olan hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal ailəyə baş çəkərək, erkən nikahın qarşısının alınması məqsədilə müdaxilə ediblər. Lakin verilən məlumata görə, ailə üzvləri polis əməkdaşlarını aldadaraq, onlara qaçırılan qızın yetkinlik yaşına çatmış bacısının şəxsiyyət vəsiqəsini təqdim ediblər.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top