Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov hökumət üzvlərini mükafatlandırıb.
Yeniavaz.com respublikanın rəsmi mətbuat orqanı olan “Çeçnya seqodnya”ya istinadən xəbər verir ki, mükafat alanların əksəriyyəti Çeçenistan rəhbərinin yaxın qohumları olub.
Ramzan Kadırov Təhlükəsizlik Şurasının katibi, qardaşı oğlu Xamzat Kadırovu “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı ilə təltif edib.
“IRS GROUP” şirkətlər qrupunun təsisçisi, Ramzan Kadırovun 19 yaşlı qızı Təbarik Kadırova “Əməkdə fərqlənməyə görə” fəxri döş nişanı ilə təltif olunub.
Çeçenistan rəhbərinin böyük qızı, 25 yaşlı Ayşat Kadırova isə “Çeçenistan Respublikasının sosial sahəsinin əməkdar işçisi” fəxri adı ilə təltif olunub. Ayşat Kadırova Çeçenistan Hökuməti sədrinin müavini vəzifəsini icra edir.
“Gənclər siyasəti sahəsində əməkdar işçi” adına isə Ramzan Kadırovun digər qızı – 24 yaşlı Xədicə Kadırova layiq görülüb. Xədicə Kadırova isə hazırda Çeçenistan Hökuməti Administrasiyası rəhbərinin birinci müavini vəzifəsində işləyir.
Ramzan Kadırovun mükafat verdiyi şəxslərdən biri də 18 yaşlı oğlu Axmat Kadırov olub. Çeçenistan rəhbərinin oğlu respublikanın Bədən Tərbiyəsi və İdman Naziri vəzifəsini icra edir. Kadırov 18 yaşlı nazir oğlunu “Çeçenistan Respublikasının əməkdar bədən tərbiyəsi işçisi” fəxri adı ilə təltif edib.
Məlumat üçün bildirək ki, mükafatlandırma mərasimindən bir gün əvvəl AZAL-a məxsus təyyarə paytaxt Qroznı şəhərinin hava limanına eniş edən zaman zədələnib və daha sonra Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayıb. Dünyanın aparıcı media orqanları təyyarənin Çeçensitan hava hücumundan müdafiə sistemlərinin açdığı raket atəşi nəticəsində zədələndiyini açıqlayıblar.
Bildirilib ki, AZAL-a məxsus təyyarə Çeçenistan ərazisi üzərindən uçduğu zaman hava hücumundan müdafiə qüvvələri aktiv şəkildə Ukrayna PUA-larını vurmağa çalışırmış. Bu məlumatı əmisindən yüksək mükafat alan Çeçenistan Təhlükəsizlik Şurasının rəhbəri Xamzat Kadırov da təsdiqləyib.