Şəmkirdə 35 yaşlı oğlan dayısını niyə qətlə yetirib?

KRİMİNAL 24 dekabr 2024, 16:20
Şəmkir rayonunda 1989-cu il təvəllüdlü Tural Əzizov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı dayısı, 1970-ci il təvəllüdlü Nizami Böyükkişiyevi qətlə yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Tural 26 iyul 2021-ci ildə, saat 14 radələrində Şəmkir şəhərində yerləşən “İstiqlal” parkında oturacaqda əyləşərək 250 qram spirtli içki araq qəbul edib. 

Daha sonra sərxoş vəziyyətdə yaşadığı fərdi yaşayış evinə gedib və spirtli içki qəbul etməyə davam edib. O, həmin tarixdə, saat 18 radələrində dayısı Nizami onu küçəyə çağırıb, ona 2016-cı ildə istintaqa məlum olmayan tarixdə və vaxtda Rusiya Federasiyası ərazisində borc verdiyi 150 ABŞ dolları məbləğində pulu tələb edib. Onun və valideynlərinin ünvanına nalayiq ifadələr işlədib. 

Tural dayısı Nizami Böyükkişiyevə olan 150 ABŞ dolları məbləğində borcunu qaytarmaqdan yaxa qurtarmaq niyyətilə Nizami Böyükkişiyevi tamah məqsədilə öldürmək qərarına gəlib. Onu yaşadığı evin giriş qapısının qarşısındakı stolun üstündən götürdüyü mətbəx bıçağını götürüb və öldürmək ona zərbələr vurub. Nizami Böyükkişiyev aldığı zərbələrdən vəfat edib. 

Hadisəni törədən Turalın barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tural ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, anası və mərhum dayısı, 1970-ci il təvəllüdlü Nizami ilə birlikdə yaşayıb: “Dayım Nizami daim spirtli içki qəbul edərək etdiyi yaxşılıqları ailə üzvlərimin başına qaxınc etməklə mənə qarşı təhqiredici ifadələr işlədim. 2013-cü ildə iyun ayının əvvəllərində Rusiya Federasiyasının Surqut şəhərində dayım Nizamin administrator işlədiyi “Emil” kafesində ofisiant işləmişəm və dayım ilə mübahisəli vəziyyətim həmin vaxtdan başlayıb. Dayım Nizami kafedə spirtli içki qəbul etdikdən sonra mənə qarşı nalayiq ifadələr işlətdiyinə görə ondan aralaşmağa çalışdım”.

Tural qeyd edib ki, 2013-cü ilin dekabr ayının sonlarında Rusiya Federasiyasının Surqut şəhərindən Azərbaycan Respublikasına gəlib: “Dayım Nizami 2019-cu ildə Azərbaycana qayıtdı. Dayım təxminən 20 il bundan əvvəl arvadı Afətlə boşandığı üçün Azərbaycana qayıtdıqdan sonra bizimlə birlikdə anama məxsus evdə yaşamağa başladı. Həmin ev anamın mülkiyyətində olsa da, anam həm dayısımın spirtli içki qəbul edərək özünü idarə edə bilməyən dostlarının tez-tez gəlməsinin qarşısını almaq məqsədilə, həm də onun yaşaması üçün evi olsun deyə yaşadığımız evi iki hissəyə böldürdü. Mən 2016-ci ilin may ayında Rusiya Federasiyasının Rostov şəhərinə getdim. Bu zaman dayım kömək məqsədilə mənə 150 dollar məbləğində pul verdi. Mən sonradan maddi imkanım zəif olduğu üçün həmin pulu dayıma geri qaytara bilmədim. Mən 2017-ci ildə Rusiya Federasiyasının Rostov şəhərindən qayıtdıqdan sonra dayım Nizami 150 dollar məbləğində pulunu ondan istəməyə başladı. Dayım ümumiyyətlə spirtli içki qəbul etdikdən sonra mənim şəxsiyyətimə və ailə üzvlərimə qarşı nalayiq ifadələr işlətməkdən çəkinmədi. Məni qonşular arasında alçaltmağa çalışdı”.

Turalın ifadəsinə görə, nəticədə 26 iyul 2021-ci ildə, saat 14 radələrində Şəmkir rayon İcra Hakimiyyətinin qarşısında yerləşən “İstiqlal” parkının qarşısında olan oturacaqda oturaraq 250 qram miqdarında spirtli içkini qəbul etdikdən sonra yaşadığı evdə spirtli içki qəbul etməyə davam edib: “Bu zaman evdə heç kəs olmayıb. Dayım Nizami məni evin çöl tərəfinə səslədi. Bu zaman Nizami də mənim kimi spirtli içki qəbul edərək sərxoş vəziyyətdə oldum. Aramızda mübahisə başladı. Nizami yenidən mənə əvvəllər vermiş olduğu 150 dollar məbləğində pul vəsaitini geri tələb edərək atamın ünvanına “sənin atan kişi deyil” məzmunlu söyüşlər söydü. Ətrafda digər şəxs və ya şəxslər olmayıb”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə həmin gün saat 18 radələrində baş verib: “Nizami mənə qarşı nalayiq ifadələr işlətdikcə və məndən 2016-cı il tarixdə Rusiya Federasiyasında vermiş olduğum 150 dollar məbləğində pul vəsaitini geri tələb etdikcə, mən özümdən çıxaraq Nizamini öldürmək istəmişəm. Mən sağ əlimdə tutduğu bıçaqla Nizaminin sol böyrək və kürək nahiyəsində doğru dəfələrlə bıçaq zərbələri yetirmişəm. İlk bıçaq zərbəsini yetirən zaman dayım sağ əli ilə mənim sağ əlimi tutmaq istədiyini, mənə mane olmağa çalışdığını xatırladım. Mən dayıma bıçaq zərbələri yetirən zaman hər ikimiz çinar ağacının altında oturaqlı vəziyyətdə olmuşuq. Dayıma bıçaq zərbələri yetirdikdən sonra mən çinar ağacının altında oturaqlı vəziyyətdə qalıb. Ayıldıqdan sonra dayımın qanlı vəziyyətdə üzbəüz “televizor təmiri” yerindən aparıldığını gördüm. Daha sonra polis əməkdaşları gələrək məni Şəmkir rayon polis şöbəsinə apardılar. Əməlimdən peşman olmuşam. Dayımın  öldürməyi təhqiredici ifadələrlə alçaltması və məndən 2016-cı il tarixdə Rusiya Federasiyasında vermiş olduğu 150 dollar məbləğində pul vəsaitini geri tələb etməsi ilə əlaqədar olub”. 

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Tural 14 il müddətinə azadlıqdan məhrum edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 dekabr 2024, 20:45
Top