Ermənistanın keçmiş müdafiə naziri axtarışa verildi

REGİON 24 dekabr 2024, 15:56
Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyanın ABŞ-də olan şəxsi evi, Abovyan küçəsindəki mənzili və Şimal prospektindəki 4 mülkünə həbs qoyulub. 

Demokrat.az xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb. 

"Prokuror cinayət işini məhkəməyə göndərib", - deyə prokurorluq erməni KİV-ə açıqlayıb. 

Korrupsiyaya qarşı mübarizə məhkəməsi 2024-cü il mayın 15-də Sarkisyana aid qanunsuz mənşəli əmlakın müsadirə edilməsi ilə bağlı iddianı qəbul edib.

Sabiq nazir hərbçilərə mənzillərin paylanması prosesində səlahiyyət həddini aşmaqda ittiham olunur. İlkin istintaq zamanı Sarkisyan barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib, barəsində axtarış elan edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top