Politoloq: "Azərbaycan Qafqazda Çin üçün etibarlı tərəfdaşdır"

GÜNDƏM 20 dekabr 2024, 18:25
"Azərbaycanla Çin arasında münasibətlər inkişaf edən xətt üzrə hərəkət edir. Bu ilin yayında Azərbaycan Prezidenti ilə Çin rəhbəri arasında görüş keçirildi. Tərəflər strateji tərəfdaşlıq üçün memorandum imzaladı. Azərbaycan Qafqazda Çin üçün etibarlı tərəfdaşdır". 

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. 

"Çinin qlobal layihələrindən bir çoxunda Azərbaycan iştirak edir. Çinin maraqları daxilində olan "Bir yol, bir kəmər" layihəsi çox vacib layihədir. Layihə Çini Londona bağlayacaq. Layihənin ən önəmli komponentlərindən biri də orta dəhlizdir. Orta dəhlizin əsas coğrafi durumu Azərbaycanla bağlıdır. Azərbaycan coğrafiyası Çin üçün çox maraqlıdır. Tərəflər arasında ticarət dövriyyəsi getdikcə güclənməkdədir. Çin investisiyası da Azərbaycana daxil olmağa başlayıb. Çinlə münasibətlərin normal olması tərəflərin mənafeyinə uyğundur. İkinci Dünya müharibəsindən sonra yaranmış təhlükəsizlik strukturu dağılmağa başlayıb. Çin ikinci qlobal lider kimi iddialarını ortaya qoymağa davam edir. Ona görə də Çinlə münasibətlərimizin normal olması iki tərəf üçün də faydalıdır". 

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top