ABŞ Müdafiə Nazirliyi "Northrop Grumman" müdafiə və inşaat korporasiyası ilə E-130J təyyarəsinin layihələndirilməsi və tikintisi üçün təxminən 3,5 milyard dollar dəyərində müqavilə imzalayıb.
Demokrat.az xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.
Məlumatda qeyd olunur ki, E-130J təyyarəsi ABŞ prezidenti, Pentaqon rəhbəri və Mərkəzi Komandanlıq arasında ölkənin nüvə triadasının idarəetmə əlaqəsini təmin etmək üçün nəzərdə tutulmuş "Boeing E-6B Mercury" hava gəmisini əvəz edəcək.
Pentaqon təyyarənin TACAMO adlı döyüş rabitə sistemi modernləşdirmə proqramı çərçivəsində yaradılacağını vurğulayıb. Bildirilib ki, hava gəmisinin yaradılması 2034-cü ilin dekabrına qədər tamamlanmalıdır.
Bundan əvvəl bildirilmişdi ki, perspektivli ABŞ "qiyamət günü" təyyarəsi E-XX yerüstü qitələrarası ballistik raketlər (QBR) və strateji bombardmançılarla əlaqədən məhrum olacaq. Noyabr ayının əvvəlində ABŞ-ın "qiyamət günü" təyyarəsi "Boeing E-6 Mercury" İspaniyanın Rota aviabazasına enib.
Bu tip təyyarələr ABŞ Hərbi Dəniz Qüvvələrinin ballistik raket daşıyan atom sualtı qayıqları ilə ehtiyat rabitə sisteminin təmin edilməsi, həmçinin ABŞ Silahlı Qüvvələrinin birgə strateji komandanlığının hava komanda məntəqəsi kimi istifadə olunur.
"Qiyamət günü" təyyarəsi termini strateji əhəmiyyətə malik xüsusi hərbi təyyarələrə aiddir. Bu təyyarələr nüvə müharibəsi və ya kütləvi dağıntılara səbəb ola biləcək digər fövqəladə hallarda, yerüstü komanda və idarəetmə mərkəzləri sıradan çıxdıqda, yüksək səviyyəli liderlərin və hərbi rəhbərliyin etibarlı rabitəsini təmin etmək üçün nəzərdə tutulmuşdur.
Jalə
Demokrat.az