Türkiyə Prezidenti Rəcəbn Tayyib Ərdoğan Fransa lideri Emmanuel Makronla telefon danışığı aparıb.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının məlumatında bildirilib.
Telefon danışığı zamanı Türkiyə ilə Fransa arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
Ərdoğan Suriyanın ərazi bütövlüyü və suverenliyinin qorunmasının vacibliyini ifadə edərək, Fransanın səfirliyini yenidən açmaq qərarından məmnun olduğunu bildirib.
Suriyalı qaçqınların ölkələrinə qayıtması üçün səylərə başlanıldığını deyən Ərdoğan, suriyalıların orada qalmalarını təmin edəcək davamlı şəraitin yaradılması, yenidənqurma və reabilitasiya işlərinin aparılması üçün beynəlxalq ictimaiyyətin əməkdaşlıq etməli olduğunu vurğulayıb.