Vəli Məmmədova yüksək vəzifə verildi — FOTO

SİYASƏT 16 dekabr 2024, 10:24
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Kommunikasiya departamentinin rəhbəri vəzifəsinə yeni təyinat olub.

Demokrat.az xəbər verir ki, bu vəzifə Vəli Məmmədova həvalə edilib.

O, bundan əvvəl “PAŞA Həyat Sığorta” ASC-nin Korporativ Kommunikasiya rəhbəri vəzifəsini icra edib, 2011-2016-cı illərdə isə "Azercell Telecom" MMC-də çalışıb.

V.Məmmədov kommunikasiya, ictimaiyyətlə əlaqələr, korporativ sosial məsuliyyət, dayanıqlı inkişaf, multimedia məhsullarının hazırlanması, tədbir təşkilatçılığı sahəsində təcrübəyə malikdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 yanvar 2025, 21:54
Top