MMA əfsanəsi: “Bu döyüşə hazırlaşmaq çox çətindir”

İDMAN 13 dekabr 2024, 20:14
Rusiyalı boksçu Kevin Consonla görüşə hazırlıq Vitali Minakovun karyerasında ən çətin hazırlıq olub. 

Demokrat.az xəbər verir ki, bu barədə Minakov danışıb.

“Consonla döyüşə hazırlaşmaq, bəlkə də psixoloji baxımdan karyeramda ən çətin şey idi. Çünki boks hələ də mənim güclü tərəfim deyil. Qarışıq üslubda döyüş tamam başqa hekayədir. Orada əlləri, ayaqları vurma texnikası, güləş, boğulma da var”, - deyə Minakov bildirib.

Minakov qarşıdakı döyüşü özü üçün çağırış sayır. O, böyük təcrübəyə malik olduğunu, emosiyalarını cilovlamağı çoxdan öyrəndiyini vurğulayıb. 

Kevin Conson keçmiş Dünya Boks Şurasının (WBC) ağır çəkidə çempionuna rəqibdir. 

2024-cü ilin yanvarında Rusiya vətəndaşlığını alıb.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top