Xilaskarım və ən böyük dəstəkçim Mir Şahin oldu - Fədayə Laçın - FOTOLAR

MÜSAHİBƏ 29 okt 2019, 15:26

Demokrat.az xəbər verir ki, Publika.az-ın əməkdaşı bu gün azadlığa çıxan müğənni Fədayə Laçının evində olub və ondan müsahibə alıb.

 

Müsahibəni təqdim edirik:

- İlk təəssüratlarınız necədir...

- Özümə gəlmək və ailəmlə vaxt keçirmək istəyirəm. Bir neçə gün sonra jurnalistlər üçün mətbuat konfransı keçirib bütün suallarınıza daha ətraflı cavablar verəcəm. Efirlərə də dərhal çıxmağı düşünmürəm. Əslində, həbsxanadan saat 12 radələrində çıxmalı idim. Sadəcə səhər dedilər ki, hazırlaş çıxırsan. Sevinə-sevinə hazırlaşıb taksiyə minib gəldim.

 

- Ən çox nəyin həsrətini çəkirdiniz?

- Ailəmin və dostlarımın əlbəttə ki. Bir də Aya həsrət qalmışdım.

 

- Son gecəni necə keçirdiniz?

- İki gecə yuxusuz qaldım deyə dünən yorğun idim, yaxşı yatdım. Səhər tezdən yuxudan oyatdılar.

 

- Səhhətiniz necə idi?

- Şükür Allaha, iki ildə heç qrip də olmamışam.

 

- Fədayə xanım, nəyə təəssüflənirsiniz?

- Allahdan gələn bəla da, onun lütfü də xoşdur. Şükür edən insanam, həyatda hər şey Allahın izni ilə baş verir. Heç vaxt üsyan eləmədim. Azadlığa buraxıldığımı eşidəndə çox sevindim, amma ağlamadım.

 

- Həbsxanada sizə münasibət necə idi?

- Çox yaxşı, ümumiyyətlə, mənə qarşı hər yerdə münasibət yaxşı olub.

 

- Ən böyük dəstəkçiniz kim oldu?

- Ailəm hər zaman yanımda olsa da, Mirşahin bəy xilaskarım və ən böyük dəstəkçim oldu.

 

- Həbsdə olan vaxt sizi kimlər ziyarət etdi?

- Sənət yoldaşlarımın ziyarət etməsinə icazə yox idi, ancaq ailə üzvlərimlə görüşürdüm. Amma sağ olsunlar həm mənəvi, həm də maddi baxımdan ailəmin yanında olublar.

 

- Həbsdə olanda hansı mahnılarla təsəlli tapırdınız?

- Həmişə həsrətli mahnılar oxumuşam, həbsxanada olduğum müddətdə də kədərli mahnılar oxumuşam.

 

- Son sözünüz?

- Hamıya təşəkkür edirəm, bilməyərəkdən sizi üzdüm. Sizi məyus etdiyim üçün üzr istəyirəm. Söz verirəm ki, bir daha sizi üzməyəcəyəm.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 apr 2024, 11:50
Top