Hakim “Gürcü Arzusu” partiyasının sədri, Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili Tbilisi Amerika Xəstəxanasının klinikalarından birinə yerləşdirilib.
Demokrat.az xəbər verir ki, bu barədə məlumatı ilk olaraq dekabrın 10-da müxalif “Mtavari Arxi” telekanalı yayıb.
Telekanalın məlumatında bildirilib ki, Qaribaşvili “komanda yoldaşları” tərəfindən fiziki təzyiqə məruz qalıb. Onun dəqiq kim tərəfindən fiziki təzyiqə məruz qaldığı barədə məlumat verilməyib.
“İvanişvilinin rəhbərliyi altında hakim "Gürcü Arzusu"nun komandasında fiziki qarşıdurma olduğu barədə məlumatlar var”, - telekanal bildirib.
Bidzina İvanişvilinin birgə investisiya fondunun keçmiş sədri Giorgi Baçiaşvili də bu barədə danışıb.
“Bu gün məlum oldu ki, Qaribaşvili müxtəlif xəsarətlərlə travma mərkəzindədir”, - o bildirib.
Baçiaşvilinin sözlərinə görə, Qaribaşvili partiyanı tərk edib və indiki baş nazir İrakli Kobaxidze ilə birbaşa münaqişəsi olub.
Məlumatı hakim “Gürcü Arzusu” partiyası da təsdiqləyib. Partiyanın izahatına görə, Qaribaşvili məşq zamanı çiynini zədələyib və bu səbəbdən cüzi tibbi yardıma ehtiyacı olub.
Hakim partiya yayılan xəbəri dezinformasiya adlandıraraq ictimaiyyəti yayılan yalanlara əhəmiyyət verməməyə çağırıb.
Keçmiş baş nazirin çoxsaylı xəsarətlərlə xəstəxanaya çatdırılması barədə Gürcüstan mətbuatında məlumat yayıldıqdan sonra rəhbərlik belə bir məlumat yaymalı olub.
Qeyd edək ki, İrakli Qaribaşvili iki dəfə hökumət başçısı olub. O, ilk dəfə 2013-cü ildə baş nazir olub, lakin iki ildən sonra 2015-ci ildə qəfil istefa verib.
O, 2021-ci il fevralın 18-də baş nazir Giorgi Qaxariyanın istefasından sonra eyni vəzifəyə təyin edilib.