"Əgər bu formada müəllimə sevgilərini göstərirlərsə..." — Sosioloq yeni trenddən DANIŞDI

GÜNDƏM 12 dekabr 2024, 19:20
Şokolad trendi son günlərin aktual mövzusuna çevrilib. Məktəblərdə, universitetlərdə, bağçalarda da bunu təkrarlayırlar. Yeni trend müzakirələrə də səbəb olub. Zərərsiz olduğunu, xoş hisslər yaratdığını da deyirlər, dərsi pozduğunu, gərəksiz olduğunu da. 

Məsələyə sosioloq Lalə Mehralı münasibət bildirib. O, Demokrat.az-a açıqlamasında deyib ki, müəllimlərin zəhmətinin heç bir şeylə əvəzi ola bilməz:



“Hansı formada onların zəhmətinin dəyərini qaytarmaq istəsək də, bu, mümkün deyil. Əgər uşaqlar belə bir axın başladıblarsa, bu formada müəllimə sevgilərini göstərirlərsə, zənnimcə, burada pis bir şey yoxdur. Sadəcə bunu çəkib paylaşmaq, trendə çevirmək bir az insanları qıcılandırdı. Müəllimin sanki əl açması başqa mənalara yozuldu. Şagirdlər, tələbələr müəllimə hörmətlərini göstərmək istəyirlərsə, etsinlər. Bu, sevgi nümayişidir, altında pis məna, fikir yoxdur. 

Amma bunu kütləviləşdirib paylaşmaqla müəllimin reputasiyasına zərər verirlər. Bunu etməklə müəllimlərin cəmiyyədə qınanılmasına, qınağa tuş gəlməsinə rəvac verdilər. Onsuz da müəllimləri qınayan, hər dəfə müzakirəyə çıxaranlar çoxdur cəmiyyətdə. Bu trend də həmin insanların əlinə fürsət verdi”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 20:37
12 dekabr 2024, 20:13
Top