Bu il neçə xarici vətəndaş xəstəxanalara müraciət edib? — AÇIQLANDI

HADİSƏ 11 dekabr 2024, 23:58
Bu il Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrinə müraciət edən əcnəbilərin sayı məlum olub.

Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində TƏBİB tabeliyində olan tibb müəssisələrinə 5 879 nəfər xarici vətəndaş müraciət edib.

Qeyd edilib ki, Azərbaycanda olan xarici vətəndaşlar tibbi xidmətlərdən yararlanmaq üçün şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə TƏBİB-in tabeliyində olan tibb müəssisələrinə müraciət edə bilərlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 dekabr 2024, 23:42
Top