Hələbdə ticarətçilər türk valyutasına keçiblər

DÜNYA 09 dekabr 2024, 18:53
Hələb sakini bildirib ki, şəhərdəki ticarətçilər türk lirəsinə keçiblər.

Demokrat.az
xəbər verir ki, Suriyanın Hələb şəhərində bir çox ticarətçi bölgənin müxalifətin nəzarətinə keçməsindən sonra türk lirəsindən istifadə etməyə keçib. 

“Ümumiyyətlə vəziyyət sakitdir. İşıq və su var. Küçələrdən zibil yığılmağa başlayıb. Mağazalar açıqdır, lakin bir çox ticarətçi türk lirəsinə keçib”- deyə
şəhər sakini bildirib.

Suriya funtunun alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşüb və bu valyutada qiymətlər 3-4 dəfə artıb.

Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top