Şəmkir rayonunun Kür qəsəbəsinin bir hissəsində bir ilə yaxındır ki, su xəttinin yenilənməsi işlərinə başlanılıb.
Milli.Az-a sakinlər müraciət edərək bildiriblər ki, xəttlərin yenilənməsinə baxmayaraq işlər tam başa çatdırılmayıb. Küçələr qazılıb və su xəttləri yenilənib, amma cavabdeh şəxslər qazdıqları əraziləri asfaltlamağı unudublar.
Bu səbəbdən yeni çəkilən su xətləri tez-tez sıradan çıxır.
Qəsəbə sakinləri bu laqeyd münasibətdən narazıdırlar. Onlar bildirirlər ki, xüsusilə qarşıdan gələn qarlı və yağışlı qış aylarında problemlər daha da artacaq və su xətləri daha çox zərər görəcək.
Sakinlər məsələ ilə bağlı dəfələrlə Azərbaycan Su Ehtiyatları Agentliyinə məlumat verdiklərini, amma hələ də müsbət cavab almadıqlarını vurğulayırlar. Onlar su xətlərinin tam təmir olunmasını və asfalt işlərinin yerinə yetirilməsini tələb edirlər.
Məsələ ilə bağlı Azərbaycan Su Ehtiyatları Agentliyinə sorğu ünvanlanıb. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən sorğuya cavab olaraq bildirildi ki, hazırda Kür qəsəbəsində su xəttinin yenilənməsi layihəsinin müəyyən bir qismi tamamlanıb. Layihənin başa çatdırılması üçün müvafiq mərhələlər tamamlandıqdan sonra ərazilər üzrə yeni su xətləri istifadəyə veriləcək. Layihə tamamlandıqdan sonra müvafiq qaydalara əsasən qazıntı işlərindən öncə yol infrastruktunun mövcud vəziyyəti bərpa edilir.