“Ermənistanın hakim “Mülki müqavilə” partiyasının deputatları arasında təxribatçılar ortaya çıxıb. Bundan əvvəl parlamentdə özlərini düz aparmadıqlarına görə bu fraksiyanın iki üzvündən Paşinyan istefa vermələrini tələb etdi. Onlardan biri istefa verdi həmin vaxt, Ağazaryan isə istefa vermədi, dirəniş göstərdi. Paşinyan hökuməti bu hallarla bağlı ciddi tədbir görəcəyini bildirdi. Simonyan artıq prezidentlər arasında telefon danışığı məlumatlarının kim tərəfindən sızdırıldığını bilir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Elşad Həsənov deyib. Onun sözlərinə görə, bu ondan xəbər verir ki, partiya içində birlik yoxdur:
“Çünki Paşinyanın imici aşağı düşüb əhali arasında, necə ki Fransada prezident Makronun da nüfuzu zədələnib. Bu da yanlış siyasətlə bağlıdır. Müharibənin bitməsindən 4 il keçib, amma hələ də sülh müqaviləsi bağlanmayıb. Bu da birbaşa Ermənistan rəhbərliyinin apardığı siyasətin nəticəsidir. Azərbaycan müharibədə qələbə çalsa da, sülh müqaviləsinin imzalanmasını təklif edən tərəf də o oldu. Ermənistan və havadarları müqavilədən hələki imtina edirlər. Bütün bunlar partiya daxilində də mübahisələrə, özbaşınalıqlara səbəb olur. İnformasiyanın sızması hər bir ölkə üçün utancverici məsələdir. Ermənilərdə belə hərəkətlər hər zaman olub, olacaq da. Çünki bu xarakter ermənilərin xislətində var”.
Qeyd edək ki, Ermənistanın hakim “Mülki müqavilə” partiyasının deputatları Prezident İlham Əliyevlə Nikol Paşinyanın telefon danışıqlarının detallarını sızdırıb. Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib ki, Paşinyan Əliyevlə görüşün təfərrüatlarını onlara danışır, dövlət sirri olan məlumatları bölüşür. Bir il davam edən axtarışdan deputat Ovik Ağazaryan şübhəli bilinib.
Törə Zeynallı
Demokrat.az