Hadisə

Bakıda təcili yardım maşını aşdı — Hadisə yerindən görüntülər

Bakıda təcili yardım maşını aşdı — Hadisə yerindən görüntülər

Bakıda yol nəqliyyat hadisəsi baş verib.

Demokrat.az "Unikal"a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb.

Belə ki, "Khazar" markalı maşınla "Mercedes-Benz" markalı təcili tibbi yardım avtomobili toqquşub.

Hadisə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib, təcili yardım avtomobili isə aşıb.

NE
Nihadə Eyyubova