Lotoreya təşkilatçılarından VÖEN tələb olunacaq

İQTİSADİYYAT 04 dekabr 2024, 22:19
Lotoreyanın qeydiyyata alınması üçün lotoreya təşkilatçılarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) tələb olunacaq.

Demokrat.az Report-a istinadən xəbər verir ki, bununla bağlı "Lotereyalar haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Sənəddə qeyd edilib ki, lotereyanın (stimullaşdırıcı lotereya istisna olmaqla) qeydiyyata alınması üçün lotereya təşkilatçısı lotereyanın ilk oyununun keçirilməsinə azı 10 (on) iş günü qalmış səlahiyyətli orqana aşağıdakı sənədləri kağız daşıyıcıda və ya elektron formada təqdim etməlidir.

Dəyişikliyə əsasən, lotereyanın qeydiyyata alınması üçün ərizədə lotereya təşkilatçısının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, olduğu yer, lotereyanın adı və forması göstərilməlidir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 dekabr 2024, 22:37
Top