Alkoqollu içkiləri aşağı qiymətə satanlar CƏRİMƏLƏNƏCƏKLƏR

SOSİAL 04 dekabr 2024, 19:40
Alkoqollu içkilərin müəyyən edilmiş minimum qiymətdən aşağı qiymətə satılmasına görə yeni cərimə müəyyən edilir.

Bu, İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi təklif edilən yeni - 455-1-ci maddəsində əksini tapıb.

Layihəyə əsasən, pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılmasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər səkkiz yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. (APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 dekabr 2024, 22:37
Top