Ərdoğan: Türkiyənin prioriteti öz sərhədləri xaricində sabitliyi qorumaqdır

GÜNDƏM 03 dekabr 2024, 18:23
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani ilə telefonla danışıb.

“Report” xəbər verir ki, söhbət zamanı Ərdoğan Türkiyənin prioritetinin öz sərhədləri xaricində sabitliyi qorumaq və mülki əhaliyə zərər verməmək olduğunu bildirib.

Türkiyə Prezidenti Suriyanın ərazi bütövlüyünün vacibliyini, bu mövzuda İraqla həmfikir olduqlarını qeyd edib.

O, PKK terror təşkilatı və onun qollarının qarşısını almaq üçün Türkiyənin bundan sonra da addımlar atacağını vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 dekabr 2024, 10:51
04 dekabr 2024, 10:01
Top