Media Təhlil Mərkəzinin məlumatına görə, cari ilin 9 ayı ərzində Bakı istisna olmaqla, Azərbaycanın digər bölgələrində yaradılan yeni iş yerlərinin sayı üzrə ilk iki sırada Abşeron rayonu (1601) və Sumqayıt şəhəri (1341) qərarlaşıb. Naxçıvan şəhəri açılan yeni iş yerlərinin sayına görə regionlar üzrə 3-cü yerdədir. Siyahıda 4-cü və 5-ci yerləri müvafiq olaraq Gəncə (976) və Şirvan (878) şəhərləri tutub.
Milli Məclisin deputatı Vüqar Bayramov Demokrat.az-a açıqlamasında deyib ki, bütövlükdə iş yerlərinin regionlar üzrə paylaşdırılması və burada differensial olaraq xüsusən də bölgələrdə yeni iş yerlərinin yaradılması vacibdir. Millət vəkili qeyd edib ki, bu, sosial siyasətin mühüm istiqamətlərindən biridir:
“Sosial siyasətin hədəfləri ondan ibarətdir ki, yalnız paytaxtda və iri şəhərlərdə deyil, eyni zamanda rayonlarda və nisbətən kiçik şəhərlərdə də iş yerlərinin sayı daha çox olsun. Təşviq alətləri var, xüsusən nəzərə alsaq ki, həmin bölgələrimizə sərmayənin cəlb edilməsilə bağlı təkliflər var, sadələşdirilmiş vergi sistemi tətbiq olunur, bu da həmin ərazilərimizə investisiyanın cəlb edilməsi, xüsusilə özəl sektorda yeni iş yerlərinin yaradılması baxımından vacibdir. Buna görə də əmək bazarında differensiallığın qorunub saxlanılması və yeni iş yerlərinin yaradılmasında bölgələrin payının artırılması dövlətin yeni hədəflərindəndir. Dövlət təşviqedici alətlərlə bölgələrdə qısa zamanda yeni iş yerlərinin yaradılmasına çalışır. Qarşıdakı illərdə bölgələrdə yeni iş yerlərinin yaradılmasını müşahidə edə bilərik”.
Törə Zeynallı
Demokrat.az