Hər il havaların soyuması ilə dəm qazından zəhərlənənlərin sayı artır. Qış aylarında neçə gənc və yaşlı insan dəm qazının qurbanı olur. Bu ildən “Azəriqaz” İstehsalat Birliyi evlərə müəyyən texniki baxış keçirsə də, dəm qazı nəticəsində ölənlər var.
Qurumlar bu kimi hadisələrin səbəbini daha çox vətəndaşların təhlükəsizlik tədbirlərinə əməl etməməkdə görürlər. Onlar hesab edirlər ki, vətəndaşlar standartlara uyğun olmayan, daha çox “İran sobası” kimi tanınan ev qızdırıcılarından istifadə edirlər.
Bu iddianın doğruluğu məlum olmasa da, adıçəkilən sobaların bazarda daha ucuz olması həqiqətdir. Həmçinin qaz sərfiyyatı daha aşağıdır.
Bəs əhali niyə bu sobalara üz tutur?
Bildiyimiz kimi, ölkədə əhalinin istehlak etdiyi təbii qaza görə limitlər tətbiq olunur. Yəni limitlər 1200 kub metrə qədər olan həcm üçün 12 qəpik, 1200 kub metrdən 2500 kub metrə qədər olduqda 20 qəpik, 2500 kub metrdən yuxarı olduqda isə 25 qəpiklə hesablanır. Mərkəzi istilik sisitemi olmayan mənzillərdə qaz sərfiyyatı yüksəkdir. Əhalinin böyük hissəsi ilin ilk aylarında qaz limitini keçərək təbii qazın bir kub metr həcmi üçün daha çox pul ödəməyə məcbur olurlar.
Həm istilik sisteminin quraşdırılması baha başa gəlir, həm də vətəndaşlar həmin kombi sisteminin maddi baxımdan sərfəli olmadığını bildirirlər. Ona görə də öz həyatlarını riskə ataraq ucuz soblardan istifadə edirlər. Bir sözlə, bir neçə ay 12 qəpik ödədikləri təbii qazın qiyməti bir neçə aydan sonra onların həyatı hesabına ödənilir.
Qaz limitinin ləğvi məsələsi hər il Milli Məclisdə bir neçə deputat tərəfindən təklif olunsa da məsələ olduğu kimi qalmaqdadır.
Statistika
Müvafiq qurumlar üçünsə dəm qazından ölənlərin sayı sadə statistik rəqəmə çevrilir.
2024-cü ilin ilk 3 ayı ərzində 25 nəfər dəm qazı səbəbindən həyatını itirib. Ümumilikdə, bu il dəm qazından zəhərlənmə ilə bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 54 nəfər müraciət edib.Təkcə ötən ay dəm qazı ilə bağlı 14 müraciət daxil olub. Onlar da orta ağır vəziyyətə daxil olublar və zəruri yardımlar olunub, ölüm halının baş verməsinin qarşısı alınıb.
Bəs vətəndaşların təhlükəsizliyi, rahatlığı və artıq xərc çəkməmələri üçün hansı yol məqbuldur?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Bizim.Media-ya bildirib ki, qaz təsərrüfatı olan evlərdə təhlükəsizlik məsələləri ön planda olmalıdır:
“Qazın fiziki, kimyəvi xassəsinə uyğun olaraq yanır, partlayır, düzgün istismar olunmadıqda sızmaya, dəm qazına səbəb olur. Təbii ki, qaz sobaları seçərkən diqqət etmək lazımdır ki, qaz sobaları standartlara uyğun olsun. Onun quraşdırılması da ixtisaslı müəssisə tərəfindən həyata keçirilməlidir. Tüstü bacalarının olması və standartlara cavab verməsi, otağın havalandırılması dəm qazı və qaz sızması əleyhinə detektorların olması təmin edilməlidir.
Dəm qazı natamam yanma məhsuludur, yanma prosesi düzgün getmədikdə yaranır. Əgər qaz cihazı quraşdırılan otaqda kifayət qədər hava yoxdursa, əlbəttə, yanma prosesi pozulacaq və nəticədə dəm qazı əmələ gələcək.
Bütün evlərdə əgər hanısa qaz sobası, qaz qızdırıcılarından istifadə olunursa, hamam otaqlarında suyu qızdırmaq üçün qaz cihazları quraşdırılırsa, diqqət etmək lazımdır. Hətta qaz sobası quraşdırılan zaman otağın kvadratı, ölçüsü nəzərə alınır. Yəni ikigözlü qaz sobası quraşdırılırsa, otağın kvadratı minimum 8 kvadrat metr, üçgözlü üçün 12, dördgözlü üçünsə 15 kvadrat metr olmalıdır”.