“Gürcüstandakı hadisələr Cənubi Qafqazdakı sabitliyə, o cümlədən, Azərbaycana təsir edir. Azərbaycan Gürcüstandakı problemlərin dialoq yolu ilə həllinin tərəfdarıdır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. O qeyd edib ki, Azərbaycanın Gürcüstanla yaxın strateji tərəfdaşlığı var:
“Həyata keçirilən ortaq layihələr var, bundan sonra da bir sıra birgə layihələr icra olunacaq. Bu baxımdan Azərbaycan qonşu ölkədə sabitliyin olmasında maraqlıdır”.
O.Qasımov bildirib ki, hazırda Gürcüstanda baş verənlər Qərblə Rusiya arasında gedən mübarizənin təzahürüdür:
“Gürcüstana qarşı olan təzyiqlər indi yox, 3 il öncə başlayıb. Rusiya-Ukrayna savaşı başlayanda Qərb Gürcüstanda Rusiyaya qarşı ikinci cəhbəni açmağı təklif etsə də, Gürcüstan bununla razılaşmadı. Gürcüstanda mövcud olan Qərb tərəfindən maliyyələşən təkşilatlar siyasi partiyalar vasitəsilə hakimiyyətə qarşı təzyiqləri gücləndirməyə başladı. Xüsusilə son bir ildə xarici agentlərə qarşı qanunun qəbul edilməsi Qərb və Avropa təsisatları ilə Gürcüstanın münasibətlərinə mənfi təsir etdi. Parlament seçkilərinə qarşı etiraz aksiyaları ilə hakimiyyəti devirə bilməyən Qərb istədiyi nəticəni ala bilmədiyi üçün seçkilərin nəticəsini qeyri-legitim hesab etdi və yenidən keçirilməsi tələb olundu. Avrointeqrasiyasın 2028-ci ilədək dayandırılması barədə bəyanatdan sonra müxalifət hakimiyyətə təzyiqlərini daha da artırdı. Belə bir bəyanatdan sonra cəmiyyətdə artıq etirazlar baş qaldırdı. Bəzi qurumlarda istefalar olsa da, güc struktutları hələki hakimiyyətə tabe olur. Bu, ciddi amildir”.
Ekspert düşünür ki, yaxın bir neçə ildə Gürcüstan hakimiyyəti təzyiqlərə davam gətirə bilsə və prezident seçkilərində yeni prezident seçilsə, bu etirazlar səngiyə bilər:
“Gürcüstan hökuməti cəmiyyəti inandırmalıdır ki, Avropa ilə münasibətlərin inkişafında maraqlıdır. Çünki gürcü vətəndaşlar müxalifətdən daha çox hakimiyyətin bu mövqeyinə qarşı etiraz edirlər. Hazırda Avropa ilə Gürcüstan arasında vizasız rejim var. Gürcüstan vətəndaşları rahat şəkildə Avropa ölkələrinə gedib orada işləyə bilir və ailələrinə pul göndərirlər. Qapanma onlara sərf etməz”.
Törə Zeynallı
Demokrat.az