Qarabağa köç davam edir. Cəbrayıla daha bir neçə məcburi köçkün ailəsinin geri qayıtması prosesi baş tutub. Köçün ölkəmizin gələcəyi üçün hansı əhəmiyyəti var?
Politoloq Sədrəddin Soltan Demokrat.az-a açıqlamasında bildirib ki, işğaldan azad olunan ərazilərə sakinlərin köçürülməsi təhlükəsizlik və sakinlərin öz ata-baba yurdlarına qayıda bilməsi baxımından əhəmiyyətlidir:
“Vətəndaşlarımızın həmin ərazilərə köç etməsi ölkəmizin təhlükəsizliyi üçün vacibdir. Həmin ərazilərdə yeni iş yerlərinin açılması sakinlərin öz ata-baba yurdlarına bağlılığını artıra bilər.
Gələcəkdə işğaldan azad olunan digər bölgələrə də köç davam edəcək. Köçün davam etməsi bölgənin iqtisadi-sosial inkişafına xidmət edəcək.
Ölkəmizdə işsizliyin sayı azalacaq, büdcəyə əlavə gəlir gələcək”.
Əfsanə Kamal
Demokrat.az