Tiflisdə müxalifət liderlərindən biri saxlanılıb.
Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Müxalif Qirçi Partiyasının sədri Zurab Caparidze Tiflisdə etiraz aksiyaları zamanı saxlanılıb.
Bildirilib ki, Caparidze parlament binası yaxınlığında etiraz aksiyası dağıdılandan sonra bir neçə həmkarı ilə birlikdə qaldığı Vake rayonunda saxlanılıb.
Xatırladaq ki, noyabrın 28-də axşam saatlarında Tbilisidə etirazlar baş nazir İrakli Kobaxidzenin Gürcüstanın Avropaya inteqrasiyası üzrə danışıqların 2028-ci ilə qədər dayandırıldığı barədə bəyanatından sonra başlayıb. (Milli.Az)