Sürücülər dayanma-durma qaydasının pozulmasına görə, əlavə balın yazılması ilə bağlı redaksiyamıza müraciətlər ünvanlayırlar. Onlar bildirirlər ki, avtobus dayanacağında dayanan zaman cərimə məbləği ilə yanaşı bal da yazılır. Bunun nə dərəcədə düzgün olub-olmaması ilə bağlı çoxsaylı müraciətlər daxil olur.
İnzibati Xətalar Məcəlləsinə edilmiş sonuncu dəyişiklikdən sonra dayanma-durma ilə bağlı bir neçə qaydanın pozulmasına görə, cərimə balı da tətbiq edilməyə başlayıb. Bunlardan biri də avtobus dayanacağında digər nəqliyyat vasitələrinin dayanması halıdır. Əvvəllər bu qayda pozuntusunu törədən sürücülər 40 manat cərimə olunurdu. Lakin edilmiş sonuncu dəyişiklikdən sonra, avtobus dayanacağına 15 metrdən yaxın dayanan sürücülərə İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsilə 40 manatla yanaşı, əlavə olaraq 2 bal da təyin edilir. (Avtosfer.az)