"Ailəm dağıldı, reytinq xətrinə qarşı tərəfi danışdırdılar"

ŞOU-BİZNES 29 noyabr 2024, 23:56
"İllər əvvəl ailəm dağıldı. Mən bu barədə çox danışmadım. Amma reytinq xətrinə qarşı tərəfi danışdırdılar. Hər halda ayrılan insanlar biri-biri haqda yaxşı söz danışmayacaqlar".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "Elgizlə izlə" verilişində deyib. Müğənni sənət adamlarının daha çox yaradıcılığı diqqətdə saxlanılmalı olduğunu bildirib:

"Bilirəm ki, həyat bumeranqdır. Həmin o müsahibəni alanların hamısı indi evlidirlər. Mən onlara pislik arzulamıram, amma yenə də deyirəm ki, həyat bumeranqdır. Günün birində bu hadisə onların başına gələrsə, o zaman anlayacaqlar. Məni övladlarımın atasının bu sənətə nə aidiyyatı var? Sənət adamı olsaydı, başqa məsələ. Düzdür, sənət adamı əlçatmaz olmalıdır. Amma elə bir dövrə gəlmişik ki, ailəmizi dolandırmaq üçün hər tədbirə getməliyik. Sənət adamının yaradıcılığı öndə olmalıdır. Anlayıram ki, şəxsi həyat hər kəsə maraqlıdır. Kimi araşdırsanız, hər kəsin yaralı bir yeri var. Ona toxunsaq, nə qazanacağıq? Sənət adamı səhnəyə sizə pozitiv ötürmək üçün çıxır. Onun xətrinə dəymək nəyə lazımdır?".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 noyabr 2024, 21:27
Top