Dekabrın 2-də Fransada hökumət süqut edə bilər — Kreslolar titrəyir...

DÜNYA 29 noyabr 2024, 21:15
Fransada ifrat sağçı lider Marine Le Pen, 2025-ci il büdcə layihəsində onun tələbləri təsdiq olunmasa, mövcud hökuməti devirməklə hədələyib.

Demokrat.az xəbər verir ki, Parlamentdə 124 deputatı olan ifrat sağçı RN və 192 üzvü olan Yeni Xalq Cəbhəsi ittifaqı hökumətə qarşı etimadsızlıq təklifini birgə dəstəkləyib. Le Pen büdcə tələbləri üçün hazırkı Baş nazir Barnierə dekabrın 2-dək vaxt verib.

Fransada xalqın 53 faizinin dəstəyi ilə vəzifəyə başlayan Baş nazir Mişel Barnierin kreslosu titrəyir. İpsosun apardığı son sorğuya görə, Barnierə dəstək 36%-ə düşüb. Xalqın 53 faizi hazırkı hakimiyyətin dəyişməsini istəyir. Digər tərəfdən, ifrat sağçı lider Marin Le Pen hökumətə təzyiqlərini davam etdirir.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 noyabr 2024, 21:27
Top