YapiKredi Müraciət Forması
İdman Özəl

"Qalatasaray"la "Çelsi" qarşı-qarşıya: 45 milyon avroluq futbolçu uğrunda mübarizə

Qalatasarayla Çelsi qarşı-qarşıya: 45 milyon avroluq futbolçu uğrunda mübarizə

İngiltərənin "Brayton" klubunda çıxış edən isveçli yarımmüdafiəçi Yasin Ayari "Qalatasaray" və "Çelsi"nin transfer hədəfinə çevrilib. Hər iki klubun 23 yaşlı futbolçunun transferi ilə maraqlandığı bildirilir.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin "Spor Arena" nəşri "TeamTalk"a istinadən məlumat yayıb.

Məlumata görə, Ayari ilə "Brayton" arasında müqavilənin uzadılması ilə bağlı danışıqlar nəticə verməyib. Futbolçunun hazırkı sözləşməsi gələn ilin iyununda başa çatacaq. O, yanvar ayından etibarən istədiyi klubla danışıqlar aparmaq və ilkin müqavilə imzalamaq hüququ əldə edəcək. Müqavilədə müddətin daha bir il uzadılması bəndinin olduğu, lakin klubun hələlik bu imkandan istifadə etmədiyi qeyd olunur.

"Qalatasaray"ın yarımmüdafiə xətti üçün Bruno Fernandeslə də maraqlandığı bildirilir. Bununla belə, Ayarinin daha gənc olması və transferinin daha münasib başa gələ biləcəyi səbəbindən İstanbul təmsilçisinin diqqətinin isveçli futbolçuya yönəldiyi vurğulanır.

Bazar dəyəri 45 milyon avro olaraq göstərilən Ayari cari mövsümdə "Brayton"un heyətində bütün turnirlərdə 10 oyuna çıxıb. O, 732 dəqiqə meydanda olub və iki qol vurub.

Jalə