İşdən çıxarılan xanıma yeni vəzifə verildi

SİYASƏT 29 noyabr 2024, 13:46
Milli Məclisin Aparatında yeni təyinat baş tutub.

Demokrat.az modern.az-a istinadən xəbər verir ki, parlament Aparatının Məxfi sənədlərlə iş sektoruna yeni müdir təyin edilib.

Bu vəzifəyə İlhamə Turabova gətirilib. Hüquqşünaslıq ixtisasına malik dövlət qulluqçusu "Dövlət qulluğunda fərqlənməyə görə" və "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalları ilə təltif edilib.

Qeyd edək ki, İlhamə Turabova 2022-ci ildən Fövqəladə Hallar Nazirliyinin (FHN) Hüquq idarəsinin rəisi vəzifəsində çalışıb. O, 2024-cü ilin may ayında bu vəzifədən azad edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 noyabr 2024, 16:35
Top