Pəncərədən yıxılan şəxs xəstəxanada öldü

HADİSƏ 29 noyabr 2024, 10:35
Sumqayıt şəhərində beş gün əvvəl pəncərədən yıxılan 29 yaşlı şəxs xəstəxanada ölüb.

Demokrat.az xəbər verir ki, 1995-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Kənan İlqar oğlu Hüseynli beş gün əvvəl ehtiyatsızlıq nəticəsində yaşadığı evin pəncərəsindən aşağı düşüb.

K.Hüseynli Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top