Lukaşenko KTMT sammitində Ermənistanın iştirak etməməsini şərh edib

DÜNYA 28 noyabr 2024, 19:48

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin Təhlükəsizlik Şurasının Astanada keçirilən iclasında Ermənistan nümayəndələrinin iştirak etməməsi regionda mövcud geosiyasi vəziyyəti xarakterizə edir".

Oxu.Az Belta-ya istinadən xəbər verir ki, bu barədə noyabrın 28-də Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

"Bu gün ilk söz demək şərəfinə nail oldum, çünki bizim erməni həmkarlarımız görüşdə iştirak etmirlər. Yeri gəlmişkən, bu, regiondakı hazırkı geosiyasi vəziyyəti və müəyyən dərəcədə bizim təşkilatımızı xarakterizə edir", - Belarus lideri qeyd edib.

Məsələ burasındadır ki, adətən KTMT liderləri sammitdə ölkələrin rus dilində qeyd olunan adlarının ilk hərflərinə əsaslanaraq əlifba sırası ilə danışırlar. Əgər sammitdə Ermənistanın nümayəndəsi olsaydı, birinci Lukaşenko deyil, o çıxış etməli idi.

Xatırladaq ki, daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin KTMT-nin işində iştirakının dondurulduğunu bəyan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top