"Aİ missiyası bölgədə gərginlik mənbəyi kimi fəaliyyət göstərir"— Politoloq

GÜNDƏM 28 noyabr 2024, 19:32
"Polşa Prezidentinin Azərbaycandan sonra Ermənistana getməsi, rəhbərliklə müxtəlif bəyanatlar səsləndirməsi başa düşüləndir. O, Bakıda olduğu zaman regionda sülhün bərqarar olmasında Polşanın maraqlı olduğunu bildirdi. Ermənistanda da belə bir bəyanat səsləndirdi"

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. 

"Əvvəlcədən məlum idi ki, o, Azərbaycanla sərhəddə Arazdəyən istiqamətinə gələcək, Avropa İttifaqının missiyası ilə görüşəcək. Azərbaycan diplomatik kanallar vasitəsilə Polşa tərəfinə bunun doğru olmadığını və münasibətlərə xələl gətirəcəyini çatdırıb. Polşa Avropa İttifaqı ölkələri arasında Azərbaycanla rəsmi strateji əməkdaşlığı olan dövlətlərdən biridir. Polşa Prezidenti bu xəbərdarlıqlara əhəmiyyət vermədən Azərbaycan sərhəddə gəldi. Bu da münasibətlərə xələl gətirdi. 

Azərbaycan XİN artıq mövqeyini ifadə edib. Bu gün Polşanın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-ə çağrılıb. Polşa Prezidentinin səfərinə etiraz bildirilib. Onun Kərki kəndinin yaxınlığına gəlmısi Aİ-nin mövqeyi kimi qiymətləndirilməlidir. Bu səfərlə Aİ  göstərməyə çalışır ki, Ermənistanda yerləşdirdikləri mülkü adlandırılan missiya bundan sonrakı salahiyyət müddətinin artırılmasında maraqlıdırlar. Bu missiya iki ildən çox bölgədə qalmalıdır kimi mesaj verməyə çalışırlar. Aİ -nin bölgədə varlığının əsas göstəricilərindən biri bu missiyadır. Onun vasitəsi ilə Rusiyanın bölgədən sıxışdırılmasına yönəlmiş hədəflər var. Azərbaycan Aİ-nin bölgədəki missiyasına neqativ yanaşır. Ermənistanla danışıqlarda da missiyanın vaxtını tamamladıqdan sonra çıxarılması tələb edilir. Missiyanın bölgədə qalması tərəflər arasında normallaşmaya xidmət etmir. Əksinə bölgədə gərginlik mənbəyi kimi fəaliyyət göstərir.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 23:15
Top