Bir çox ərazilərdə suyun verilməsində ləngimə müşahidə olur. Bəzən suyun verilməməsi haqqında vətəndaşa öncədən heç bir məlumat verilmir. Vəkil Turan Abdullazadə məsələnin hüquqi tərəflərindən danışıb.
Vəkil Demokrat.az-a açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin 2014-cü ildə qəbul edilən “Sudan istifadə Qaydaları”nın səkkizinci bəndində, “Su təchizatı və tullantı suları haqqında”qanunda suyun verilməsinin dayandırılması qaydaları göstərilib:
“Sudan istifadə qaydalarına əsasən istehlakçıya mütləq qaydada bir ay öncədən xəbərdarlıq etmək şərti ilə suyun verilməsi dayandırıla bilər. Burada yalnız bir istisna hal var. Dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda AR Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin göstərişləri əsasında suyun verilməsi dərhal dayandırıla bilər. Qanuna əsasən su təchizatı müəssisəsinin suyun haqqı təqdim edildikdən sonra bir ay ərzində suyun haqqı ödənmədikdə suyu dayandırmaq hüququ var”.
O qeyd edib ki, su təchizatı müəssisəsi birinci növbədə əmin olmalıdır ki, göndərdiyi xəbərdarlıq istehlakçıya çatıb:
“Bundan istehlakçının xəbəri olmaya da bilər. Xəbərdarlıq istehlakçıya poçt, rabitə göndərişləri, KİV ilə çatdırıla bilər. Su təchizatı zonasında səsgücləndiricilər vasitəsi ilə də xəbərdarlıq edilə bilər. İstehlakçı bildirişin tələblərinə əməl etmədikdə su təchizatı müəssisəsi zəruri tədbirlər görə bilər. Obyekti ümumi su təchizatından ayıra, məhkəməyə müraciət edə bilər”.
Əfsanə Kamal
Demokrat.az