Hadisə

“Roşka” həbs edildi

“Roşka” həbs edildi

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən "Roşka" ləqəbli Rövşən Süleymanov həbs edilib.

Demokrat.az olay-a istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə onun barəsində 45 gün müddətinə inzibati qaydada həbs seçilib.

Qeyd olunur ki, tiktoker saxlanılarkən üzərindən narkotik vasitə də aşkar edilib.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiq ediblər.

Xatırladaq ki, eyni əməllərə görə R. Süleymanov bu ilin aprelində də 20 sutka inzibati qaydada həbs edilmişdi.

NE
Nihadə Eyyubova