Naxçıvanda daha bir qurum ləğv edildi

SİYASƏT 27 noyabr 2024, 19:56
Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası fəaliyyətini dayandırıb.

Demokrat.az  APA-ya istinadən xəbər verir ki, federasiya fəaliyyətini dayandırıb və ləğv olunub.

Eyni zamanda, muxtar respublikada Azərbaycan Karate Federasiyasının nümayəndəliyi yaradılıb. Nümayəndəliyin rəhbəri isə Nəriman Quliyev təyin edilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası 2002-ci il mart ayının 15-də yaradılmışdı.

Xatırladaq ki, noyabrın 26-da Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası da fəaliyyətini dayandırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 23:15
Top