“Qazanın, soyuducunun içini yoxlamasınlar...” — Nazir cavab verdi

SOSİAL 27 noyabr 2024, 13:59
Hörmətli Sahil müəllim, bir xahiş də edim ki, ünvanlı sosial yardım yoxlaması aparılan zaman açıb soyuducuları yoxlamasınlar, qazanların içinə baxmasınlar, məsələyə bir az insan ləyaqətinə hörmət rakursundan yanaşsınlar.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

Tələs, bitmədən sən də al. Fürsətlər tükənmədən tətbiqə gəl!

Deputat bildirib ki, ola bilər ki, həmin ailəyə kimsə bir kisə un, bir kisə kartof gətirib:

“Aydındır ki, bu sizin göstərişiniz deyil, amma bu tip məsələlər insan ləyaqətini alçaldır”.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev buna cavab olaraq bildirib ki, qazan, soyuducu yoxlanılmasından söhbət gedə bilməz:

“Əyani müayinənin iki məqsədi var: birinci, ailənin tərkibi ilə bağlı, ikinci məqam isə həmin ailənin məişət şəraitinin rəsmi gəlirləri ilə uyğunluğu. Bütün müayinələr video-çəkilişlə çəkilir. Bir çox hallarda bu mexanizmi sui-istifadə edənlər olur”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 23:15
12 dekabr 2024, 20:37
12 dekabr 2024, 20:13
Top