Ümrə ziyarətinə hazırlaşan ər-arvada qarşı dələduzluq edildi

KRİMİNAL 25 noyabr 2024, 18:47
Gədəbəy rayonunda 1970-ci il təvəllüdlü Şərur rayon sakini  Məhəmməd Anar adlı şəxsə qarşı dələduzluq edib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Məhəmməd aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə İnstagram sosial şəbəkəsində tanış olduğu Gədəbəy rayonu, Zəhmət kənd sakini Anar və onun arvadı Məkkə şəhərinə Ümrə ziyatətinə apararcağı adı ilə yalan vədlər verib. Məhəmməd Anarı inandırıb və ondan ayrı-ayrı vaxtlarda  2055 manat pulunu ələ keçirərək dələduzluq edib. 

Hadisənin törədən Məhəmmədin barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məhəmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Anar ilə onları Məkkə şəhərinə Ümrə ziyatətinə aparmaqla bağlı razılaşıb: “Məkkə şəhərinə getməyə 3-4 gün qalmış mənim uşağım xəstələndi və Bakı şəhəri 6 nömrəli xəstəxanada doqquz gün koma vəziyyətində qaldı. Başım uşağının xəstəliyinə qarışdığı üçün dediyim vaxtda Anarı ziyarətə apara bilmədim. Ondan gözləməyini istəsəm də, o gözləmədi və polisə məndən şikayətçi oldu”.

Təqsirləndirilən şəxs əlavə olaraq bildirib ki, Bakı şəhərində yaşayır və Məkkə, Mədinə şəhərlərinə zəvvarları aparmaq işi ilə məşğul olur, bu işi özü təşkil edir: “Mən zəvvarları təyyarə vasitəsilə hər il ziyarətə aparmışam. Mən pandemiyadan əvvəl ofisdə oturmuşam, sonradan ofisin pulunu verə bilmədiyimiz üçün səyyar işləməyə başlamışıq. Zəvvarların tapılması ilə bağlı işçilərim olub, tapılan hər zəvvar üçün ödəniş etmişəm. Bizim “instagram” sosial şəbəkəsində reklamımız olub. Anarın özü mənimlə mobil telefon vasitəsilə əlaqə saxlayıb. Biz görüşməmişik, ancaq telefon vasitəsilə danışmışıq. Anar mənə arvadı ilə birlikdə Məkkə və Mədinə şəhərlərinə getmək istədiyini bildirdi. Mən bir nəfəri 1250 dollara aparmışam, getməmişdən əvvəl bir nəfərin yarı pulunu almışam, qalan pulu isə getməyə bir ay qalmış almışam. Uşağım xəstələndiyi üçün Anar üçün bilet ala bilmədim. Gedə bilmədikdə Anara bu barədə məlumat verdim. Anar isə məni polisə verdi. Mən Anardan aldığım pulu uşağımın xəstəliyi üçün xərcləmişəm. Mənim qazanc yolum ancaq bu işlər olub, ölkədən çıxışıma qadağa qoyulduğu üçün işləyə və pulu tam olaraq qaytara bilməmişəm. Bizim şirkətdə 20-25 nəfər işçi olub. Ofisləri Bakı şəhəri Nizami metrosunun yanında olub. İşçilərin 1-2 nəfəri ofisdə oturmuşuq, qalanları müştəri axtarmaqla məşğul olublar”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, oktyabr ayında 28 nəfəri Ümrə ziyarətinə göndərib, onların hamısından yarı pulunu əvvəlcədən alıb: “Uşağımda ağ qan qırmızı qanı yeyib. Mən bir nəfəri göndərdikdə 250-300 dollar pul qazanmışam, pulun hamısı özümə çatmayıb. Hər müştəriyə görə 80 dollar işçiyə vermişəm”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Anarın sözlərinə görə, Ümrə ziyarətinə getmək istəyib və bir neçə şirkətlərlə maraqlanıb: “Mən Məhəmmədlə zənglə əlaqə saxlamışam. Məhəmməd mənə özümün və arvadımın vəsiqələrinin şəklini göndərməyimi, sabahısı gün isə pul göndərməyi, vizalarının və biletləri alınacağını bildirdi. Mən əlimdə hazırda pul olmadığını, bir iki gün müddətə heyvanlarımı sataraq pul göndərəcəyimi bildirdim. Biz bu barədə razılaşdıq. Sabahısı gün pasportumu göndərdim, sonra heyvanlarımı apararaq bazarda dəyər-dəyməzə sataraq pul da göndərdim. Bir müddət sonra Məhəmməd mənə bir nəfər şəhid ailəsinin olduğunu, onun da getməsi üçün hər kəsdən əlavə pul aldıqlarını bildirdi. Mən əlavə 200 manat da göndərdim. Bir müddət sonra Məhəmməd mənimlə yenidən telefon vasitəsilə əlaqə saxlayaraq iki nəfər olduğu üçün bir nəfərin pulunun tam ödənilməli olduğumu bildirdi. Mən isə Məhəmmədə yenidən pul göndərərək bir nəfərin pulunu tam ödədim. Mən arada Məhəmməd ilə əlaqə saxladıqda Məhəmməd narahat olmamağımı, gözləməyi bildirdi. Mən getməyə az qalmış yenə əlaqə saxlayaraq iş yerimdə məzuniyyət götürməli olduğumu dedim. Məhəmməd tələsməməyi, ola bilsin mənim gedə bilməyəcəyimi, səfərbərliyə çağırıla biləcəyimi dedi. Mən isə yaşının səfərbərliyə uyğun olmadığını, əvvəlcə də könüllü yazıldığımı, lakin aparılmadığımı dedim. Məhəmməd mənə ümumiyyətlə problemli adam olduğumu, ola bilsin ki, məni aparmayacaqlarını, pulunu qaytaracağını dedi. Mən Məhəmmədə getmək istədiyimi, bunun üçün heyvanlarımı dəyər-dəyməzə satdığımı dedim. Məhəmməd isə yenə mənə gözləməyi dedi. Getmək üçün deyilmiş müddətə 2-3 gün qalmış əlaqə saxladıqda Məhəmməd fərqli bəhanələr gətirdi. Bir gün qalmış əlaqə saxladıqda isə Məhəmməd mənə bilet qalmadığını bildirərək hava limanından şəkil atdı. Sonra uşağının xəstə olduğu üçün bilet ala bilmədiyini bildirdi. mən Məhəmməddən pulunu geri istədim. Məhəmməd isə mənə pulumu 1-ci ya da 2-ci gün verəcəyini, vizaya pul verdiyini, həmin pulu məndən tutacağını dedi. Sonradan Məhəmməd ilə əlaqə saxlamaq istədi. Məhəmməd mənim telefonlarıma cavab vermədi. Cavab verdikdə isə “pulunun olmadığını, pulunu verməyəcəyini, hara istəyirsə şikayət etməyi” bildirdi. Sonra mən Daxili İşlər Nazirliyinin “102 Qaynar xətt”inə Məhəmmədlə bağlı şikayət etdim”.

Bu cinayət işinə Gədəbəy Rayon Məhkəməsində baxılıb. Məhkəmə təsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, təqsirləndirilən şəxsin zərərçəkmişə dəymiş ziyanı tam ödəməsini nəzərə alıb. 

Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin +178.1-ci maddəsi ilə olan cinayət təqibinə Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən, zərər çəkmiş şəxslə barışdığından və dəymiş ziyanı ödədiyindən xitam verilsin və o cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbir ləğv edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 noyabr 2024, 18:05
Top