"Azərbaycanın atdığı addımlar onu etibarlı dövlətə çevririr" — AÇIQLAMA

GÜNDƏM 21 noyabr 2024, 15:18
“COP29 tədbirinin Azərbaycanda baş tutması bir tərəfdən Azərbaycanın regional və qlobal səviyyədə artan nüfuzundan, digər tərəfdən beynəlxalq birliyin Azərbaycana olan etimadından xəbər verir. COP29-da iştirak edən dövlət və hökumət başçılarına baxdıqda həm də beynəlxalq birlik tərəfindən Azərbaycana qarşı məqsədyönlü şəkildə həyata keçirilən anti-Azərbaycan siyasətini də görə bilirik”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. Buna baxmayaraq ekspert bu məsələdə qətiyyən məyus olmadığımızı söyləyib:

“Azərbaycanın atdığı addımlar gələcəkdə onun daha da etibarlı dövlətə çevrilməsinə və bütün regionlarda siyasi-iqtisadi və hərbi proseslərə təsir etmək iqtidarında olan dövlət kimi ona olan inamın artmasına şərait yaradır. Düşünürəm ki, iqtisadi inkişaf  və mötəbər tədbirlərin tez-tez Azərbaycanda keçirilməsi, daxili və xarici problemlərini Azərbaycan dövlətinin özü öz gücünə həll etməsi, müstəqillikdən sonra öz ayaqları üzərində durması beynəlxalq birlik tərəfindən görülən haldır. Hesab edirəm ki, biz dost və tərəfdaş ölkələri daha rahat ayıra bilirik və istədiyimiz formada xarici siyasətimizi yönləndirə bilirik. Bu həm dost ölkələrə, həm də bizə qarşı qərəzli mövqe tutan dövlətlərə mesaj xarakteri daşıyır. Beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq Azərbaycana olan diqqətin göstəricisidir”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 dekabr 2024, 22:53
Top