Milli Məclisdə benzinin qiyməti müzakirə olunub. Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov bildirib ki, Azərbaycanda bir neçə aydır ki, Aİ-95 markalı benzinin istehsalına başlanıb və tənzimlənən qiymətlərlə 1,60 AZN-ə satılır.
O qeyd edib ki, Aİ-95 markalı benzin qiyməti tənzimlənən qiymətlərlə satılan məhsullar siyahısına daxil edilə bilər:
"Yaxınlarda Nazirlər Kabineti tərəfindən Aİ-95-i bu siyahıya salacaqlar. Aİ-98 markalı benzin isə bizdə istehsal edilmir. Ona görə onun qiyməti tənzimlənmir".
Məsələyə iqtisadçı ekspert Akif Nəsirli Demokrat.az-a açıqlamasında münasibət bildirib.
O söyləyib ki, məhsulların qiymətinin tənzimlənməsində məqsəd qiymətlərin bazar qiymətinə uyğuşdırılmasıdır:
“Bu gün Azərbaycanda Ai-95 markalı benzinin bazar qiyməti müəyyən edilib. Yəqin hökumət benzinin qiymətinin hər hansı bir səbəbdən qalxa biləcəyindən narahatdır. Buna görə də benzinin qiymətinin tənzimlənən məhsullar sırasına daxil edilməsi zərurəti yaranıb.
Düşünmürəm ki, Nazirlər Kabineti Ai-95 markalı benzinin qiymətinin qaldırılması ilə bağlı Tarif Şurasına göstəriş versin. Sadəcə olaraq bu gün Ai-95 markalı benzin bazarda sərbəst olaraq 1 manat 60 qəpiyə satılırsa, Tarif Şurası onun artırılması barədə qərar qəbul edə bilməz”.
Törə Zeynallı
Demokrat.az