Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır — VİDEO

DÜNYA 20 noyabr 2024, 08:59
Bir neçə gün əvvəl Rusiyanın Yekaterinburq şəhərində geniş ictimai rezonansa səbəb olan yol qəzası baş verib.

Demokrat.az haqqın.az-a istinadən xəbər verir ki, noyabrın 14-də şəhər küçələrindən birində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq qarşıdan gələn zolağa çıxan “Bentley” markalı avtomobil sola dönmək üzrə olan “Hyundai Solaris” markalı avtomobillə toqquşub. Zərbə nəticəsində “Hyundai” markalı avtomobilə ciddi ziyan dəyib, sürücüsü isə ağır yaralanıb. “Bentley” daha sonra idarəetməni itirərək yolun kənarındakı beton dirəyə çırpılıb və aşıb.

Məlum olub ki, “Bentley”i Yekaterinburqda bir neçə ticarət obyektinin sahibi, azərbaycanlı iş adamı Şamil İsayevin oğlu 22 yaşlı Emil İsayev idarə edib. Emil bloqçuluq fəaliyyəti ilə də məşğul olur. Qəza zamanı o, ağır bədən xəsarətləri alıb.



Bildirilir ki, gənc üç il əvvəl sürücülük vəsiqəsi alıb. Bu müddət ərzində o, dəfələrlə yol hərəkəti qaydalarını pozub. Yerli yol polisinin məlumatına görə, onun adına 194 ödənilməmiş cərimə var.

Fövqəladə hadisədən üç gün sonra “Hyundai” sürücüsünün xəstəxanada ölməsi ilə bağlı internetdə məlumat yayılsa da, sonradan rəsmi mənbələr bunu təkzib edib.

Onlayn ictimai səhifələrdə Emilin idarə etdiyi “Bentley” markalı avtomobilin əvvəllər Sverdlovsk vilayətində tanınmış kriminal avtoritet Marsel Qasanova məxsus olduğu da bildirilir. Mənbələrin bildirdiyinə görə, Həsənov avtomobili azərbaycanlı iş adamlarından birinin borcunun ödənilməsi kimi alıb. Emilin bu cinayət başçısı ilə dostluq münasibəti saxladığı iddia edilir.

Qeyd olunur ki, Marsel Həsənov əvvəllər quldurluq cinayətinə görə məhkum olunub. Sverdlovsk vilayətində cəza çəkərkən o, kriminal avtoritet statusu alıb.

2016-cı ildə azadlığa çıxandan sonra Həsənov bəzi mənbələrə görə kriminal aləmdən olan insanları ətrafına toplamağa başlayıb. 2019-cu ildən mütəmadi olaraq hüquq-mühafizə orqanlarının diqqətinə düşüb.

2022-ci ildə Yekaterinburqda “toplantı” zamanı Həsənov döyülüb. 2023-cü ildə polis onu saxlasa da, tezliklə buraxıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları həbsi “müntəzəm qabaqlayıcı əməliyyat tədbiri” adlandırıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 20:37
12 dekabr 2024, 20:13
12 dekabr 2024, 18:00
Top