Macarıstan: Baydenin qərarları yeni dünya müharibəsi yaradacaq

DÜNYA 19 noyabr 2024, 17:45
ABŞ-ın səlahiyyət müddətini başa vuran prezidenti Co Baydenin verdiyi qərarlar dünyanı qlobal fəlakətə doğru sövq edir.

Demokrat.az
xəbər verir ki, bu fikri Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto öz Facebook səhifəsində bildirib.

 Siyartonun sözlərinə görə, öz partiyası tərəfindən hakimiyyətdən uzaqlaşdırılan və qabiliyyətləri geniş şəkildə şübhə altına alınan prezident qlobal miqyasda fəlakətə səbəb ola biləcək qərarlar qəbul etdiyi üçün dünya onilliklərin ən təhlükəli iki ayı ilə üzləşir.

“Gəlin düz deyək. Amerika silahlarının Rusiya ərazisinə dərin zərbələr endirməsinə icazə vermək dünya müharibəsi təhlükəsi yaradır. Və bu baş verərsə, biz hər şeyi itirəcəyik”, - deyə macar nazir bildirib.

Siyarto müharibə tərəfdarı olan siyasi elitanı Ukraynadakı münaqişəni qlobal münaqişəyə çevirməyə çalışmaqda ittiham edib  və qeyd edib ki , Donald Trampın ABŞ prezident seçkilərində qələbəsi Avropaya qitədə sülhü bərpa etmək üçün böyük şans verir.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 23:15
Top